Film çəkilişində partlayış - Yaralı var

film-cekilisinde-partlayis
Oxunma sayı: 1024

“Pinewood” şirkətinin studiyasında Ceyms Bond haqda lentə alınan film çəkilişi zamanı partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb, ətrafdakı dekorasiyalar aşıb. Buna səbəb film çəkilişində tələb olunan partlayış səhnəsi üçün quraşdırılan qurğunun nasaz işləməsi olub.

“Bu gün Bondun 25-ci seriyasının çəkilişi üçün quraşdırılan partlayış qurğusu “Pinewood” studiyasında dekorasiyaları aşırıb. Meydançada heç kim xəsarət almayıb, amma çəkiliş heyətinin bir üzvü yüngül yaralanıb”, - Ceyms Bond haqda filmin Tvitter hesabında yazılıb.