Fitrə zəkatını kimə vermək lazımdır?

fitre-zekatini-kime-vermek-lazimdir-
Oxunma sayı: 1635


Cavab: Fitrə zəkatı İslamın vacib buyurduğu zəkatdır, onu verməyən, yaxud qaydasınca verməyən adam Allah qarşısında məsuliyyət daşıyır. Ona görə fitrə zəkatını məhz şəriətdə göstərilən qaydalarla vermək lazımdır. Hər dilənən adamın fəqir olub-olmadığını aydınlaşdırmaq çətindir. Fitrə zəkatı həqiqi fəqirə verilməliir. Fəqir o adama deyilir ki, özünün və öhdəsində olan adamların dolanışığını təmin edə bilmir. Ya bir illik dolanışıq pulu yoxdur, ya da stabil qazanc mənbəyinə malik deyil, başqalarına möhtacdır. Üstəlik, şiə məzhəbinə görə, qeyri-seyyid bir adamın öz fitrəsini seyyid fəqirə verməsi düzgün deyil.

islam.az