Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb - Fotolar

fuad-muradov-gurcustanda-yasayan-azerbaycanlilarla-gorusub
Oxunma sayı: 2415

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qonşu Gürcüstan Respublikasına rəsmi səfəri davam edir. 

“Qafqazinfo” xəbər verir ki, Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstanın Marneuli şəhərində olub və Komitə sədri bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

Onlarla soydaşımızın iştirak etdiyi görüşdə onları maraqlandıran bir çox məsələlər müzakirə olunub.

Sədr əlilliyi olan şəxlərin vəziyyəti ilə maraqlanıb və onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb. Arabalar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib.

Bundan başqa F. Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb. Bir qrup gəncə kompüterlər hədiyyə edilib.