Füzuli rayonunda taxıl biçini başa çatır

fuzuli-rayonunda-taxil-bicini-basa-catir
Oxunma sayı: 1069

Aqrar rayon olan Füzulidə cari təsərrüfat ilində rayonda ümumilikdə 36419 hektar sahədə dənli-taxıl bitkisi əkilib ki, bunun da 28894 hektarı buğda, 8025 hektarı isə arpadır.  

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hazırda rayonda taxıl biçini davam edir. Bu günə kimi ümumilikdə 21500 ha sahədə biçin aparlıb. Rayonda arpa biçini başa çatıb. Arpa əkilmiş sahələrdə orta məhsuldarlıq 29.5 sentner, buğda əkilmiş sahələrdə isə 31.2 sentnerdir. 

Rayonda taxıl biçininin iyulun 10-a kimi tam başa çatdırılması nəzərdə tutulur. Taxıl biçinin operativ, itkisiz və kompleks şəkildə həyata keçirilməsi üçün rayon Qərərgahı fəaliyyət göstərir.

Artıq 6 ildir respublika üzrə 100 min tondan artıq məhsul istehsal edən Füzuli rayonunda bu il də bol məhsul istehsal olunacağı gözlənilir.