Gəlinini öldürən qaynata ilə bağlı - Açıqlama

gelinini-olduren-qaynata-ile-bagli-aciqlama
Oxunma sayı: 790


“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, martın 28-də Şəki rayonunun Baş Göynük kənd sakini Hüseynəli İsmayılov evində ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq gəlini Azadəni qətlə yetirib.

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H. İsmayılov tutulub, hadisəni törədərkən istifadə etdiyi 1 ədəd ov tüfəngi, 2 ədəd boş giliz və 6 ədəd patron ondan götürülüb.