“Gilan Holding” növbəti dəfə nizamnamə kapitalını artırıb

gilan-holding-novbeti-defe-nizamname-kapitalini-artirib
Oxunma sayı: 1175

“Gilan Holding” inkişaf strategiyasını uğurla həyata keçirərək növbəti dəfə nizamnamə kapitalını artırıb. Belə ki, “Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi artırılaraq, 763 066 044 manata çatdırılıb.

Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi. 

Holdingin səmərəli fəaliyyəti, bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır. Bunun nəticəsi olaraq, “Gilan Holding” tərəfindən ölkə iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına və əhalinin rifahına verilən töhfələrin sayı çoxalır.

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.