Google bu iki ölkə arasında gərginliyə səbəb oldu

google-bu-iki-olke-arasinda-gerginliye-sebeb-oldu
Oxunma sayı: 1730

Rusiya prezidenti Vladimir Putinin mayda açılışını etdiyi Krım körpüsünün adının Google xəritələrində Ukrayna dilində yazılması iki ölkə arasında gərginliyə səbəb olub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, məsələdən xəbərdar olan Rusiya tərəfi dərhal axtarış sisteminə şikayət edib. Google-un məsul şəxsləri isə uzun müddət sussa da, daha sonra açıqlamada "Edilən səhvin fərqindəyik. Heyətimiz bunu düzəltmək üçün çalışır" deyilib. 

Qeyd edək ki, Krım 2015-ci ildə keçirdiyi referendumla Rusiyanın tərkibinə keçməyi qəbul edib. Ukrayna isə bu birləşməni qəbul etmir və Krımı öz ərazisi kimi tanıyır.