Gürcüstan rusiyalı hakeri ABŞ-a verdi

gurcustan-rusiyali-hakeri-abs-a-verdi
Oxunma sayı: 1506

Gürcüstan hakerlikdə ittiham olunan Rusiya vətəndaşı Andrey Türini ABŞ-a təhvil verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Andrey Amerika hökuməti tərəfindən maliyyə strukturlarına kiber hücumda və 100 milyondan çox müştərinin şəxsi məlumatlarının ələ keçirilməsində ittiham olunur.

10 kiber cinayətdə ittiham edilən Türini ümumilikdə 97 il həbs cəzası gözləyir.