Gürcüstanda mitinqi zorla dağıdan 10 polis işdən qovulub

gurcustanda-mitinqi-zorla-dagidan-10-polis-isden-qovulub
Oxunma sayı: 1020

20-21 iyun tarixlərində Tbilisidə nümayişçilərə qarşı əməliyyat zamanı səlahiyyətindən sui-istifadə edərək zorakılıq tətbiq edən 10 polis əməkdaşı işdən çıxarılıb.

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Kriminal Departament Şöbəsinin rəhbəri Mamuka Çelidze jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, vəzifəsindən kənarlaşdırılan 2 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Xatırladaq ki, Tbilisidə kütləvi aksiyalar zamanı 240 nəfər xəsarət alıb ki, onlardan 80 nəfəri polis əməkdaşlarıdır.

305 nəfər isə saxlanılıb. Hazırda ölkə müxalifəti onların azadlığa buraxılması tələbi ilə mitinq keçirir.