Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yaydılar

hemsedrler-paris-gorusu-ile-bagli-beyanat-yaydilar
Oxunma sayı: 809

ATƏT-in Minsk qrup həmsədrləri Parisdə  Xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.
 
“Qafqazinfo”nun xəbərinə görə, bəyanatda bildirilir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.
 
ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu söyləyib.
 
Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini vurğulayıblar.