Heroini atıb qaçdı

heroini-atib-qacdi
Oxunma sayı: 1533

Yardımlı rayonu ərazisində külli miqdarda heroin aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran selofan torba tapılıb. Ekspertizaya təqdim olunan həmin maddənin çəkisi 1 kiloqram 835 qram heroin olduğu müəyyən edilib. 

Həmin narkotikin kimə məxsus olduğu müəyyən edilib. Narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.