İcra hakimiyyəti mətbuat gününü qeyd etdi

icra-hakimiyyeti-metbuat-gununu-qeyd-etdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi və 30-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, bu il artıq 136 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib. A. Əsgərov vurğulayıb ki,dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradılıb.

RİH Başçısı «İki sahil» qəzetinin 20 illik yubileyi ilə əlaqədar Səbail rayonu ilə sıx əlaqələri mövcud olan qəzetin redaksiya heyətinə təbriklərini çatdırıb və qəzetin baş redaktoru Vüqar Rəhimzadəyə Səbail RİH-tinin qiymətli hədiyyəsini təqdim edib.

Səbail rayon İcra hakimiyyətinin İjtimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov bir il ərzində mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.