İkinci mərhələyə proqram seçimi elan edilib

ikinci-merheleye-proqram-secimi-elan-edilib
Oxunma sayı: 851

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edir. 

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, proqram seçimi DİM-in internet saytı vasitəsilə elektron qaydada aparılır.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevral 2019-cu il tarixində keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilrəsiz.