İlham Əliyev azərbaycanlıların soyqırımı ilə bağlı sərəncam verdi

ilham-eliyev-azerbaycanlilarin-soyqirimi-ile-bagli-serencam-verdi
Oxunma sayı: 1063

Azərbaycan prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.
 
Milli Məclisə isə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.