“İnformasiya təhlükəsizliyi problemləri” mövzusunda konfrans keçiriləcək

informasiya-tehlukesizliyi-problemleri-movzusunda-konfrans-kecirilecek
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, konfransın istiqamətləri əsasən aşağıdakılardan ibarət olacaq:
E-dövlətin informasiya təhlükəsizliyi problemləri
İnformasiya mühafizəsi texnologiyaları
İnformasiya təhlükəsizliyinin humanitar problemləri
Fərdi məlumatların mühafizəsi
İnformasiya təhlükəsizliyi standartları və sertifikatlaşdırma
Şəbəkə, mobil və paylanmış sistemlərin təhlükəsizliyi
Veb sistemlərin təhlükəsizliyi
Bulud texnologiyalarının təhlükəsizliyi
Elektron imza və tətbiqi kriptoqrafiya
Biometrik informasiya texnologiyaları
İnformasiya təhlükəsizliyi insidentlərinin emalı
İnformasiya təhlükəsizliyi risqlərinin idarə edilməsi
İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı problemləri
Məruzələrin tərtibatına dair tələblər:

Əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair materiallar qəbul olunur.

Məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərtilə elektron şəkildə [email protected] ünvanına təqdim edilməlidir. Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki dəyəri əks olunmalıdır.