Internet Explorer 9 Azərbaycan dilində

Internet Explorer 9 Azərbaycan dilində
Oxunma sayı: 214

Son yeniləşdirmə Azərbaycan dili daxil olmaqla 53 əlavə dili dəstəkləyir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bu göstəriciyə görə, Internet Explorer 9 brauzeri Windows əməliyyat sistemi üçün brauzer təqdim edən rəqiblərini qabaqlayır ki, bu da Microsoft-un brauzerini tarix boyu ən güclü rəqibə çevirir və şirkətin müştərilər qarşısında götürdüyü öhdəliklərin icrasına yönələn istiqaməti təsdiq edir. Yeni brauzer Microsoft Windows Vista, Windows 7 və Windows Server 2008 əməliyyat sistemlərində işləyir.

Yeni dilləri dəstəkləyən brauzeri Windows Update sistemi vasitəsilə yükləmək mümkündür. Artıq Internet Explorer 9 brauzerini yükləmiş istifadəçilər üçün isə ayrıca dil paketini quraşdırmaq imkanı yaradılıb.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi