İran “Oskar”a namizəd filmi təqdim etdi

iran-oskara-namized-filmi-teqdim-etdi
Oxunma sayı: 1888

“Fəridənin sorağında” sənədli filmi İrandan “Ən yaxşı beynəlxalq film” nominasiyasında 92-ci “Oskar” mükafatına namizəd qismində seçilib. 

"Qafqazinfo" xəbər verir ki, rejissorları Azadə Musəvi və Kuroş Atai olan “Fəridənin sorağında” adlı kino lentində Niderlanddan olan iranlı qadından bəhs edilir. O, bioloji valideynləri tərəfindən tərk edilib, 40 il əvvəl hollandiyalı cütlük onu himayəyə götürüb. İndi o, ailəsi və özünün əlaqəsi barədə çoxsaylı suallara cavab tapmaq sorağında İrana qayıdır.

Film artıq İranın, eləcə də beynəlxalq kinoforumların mükafatları ilə təltif edilib. 

Qeyd edək ki, “Oskar” kinomükafatının 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da təşkil olunacaq.