“İran öz haqlarından imtina etməyəcək”

iran-oz-haqlarindan-imtina-etmeyecek
Oxunma sayı: 636

“Qafqazinfo”nun “Armeniya Today” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Gülüstan əyalətində Xəzər məsələlərinə həsr olunan konfransda deyib. Onun sözlərinə görə, İran hazırda Xəzərin bölünməsi məsələsində öz hüquqlarının müdafiəsinə yönəlmiş sənəd hazırlayır. Bundan başqa, Axundzadə qeyd edib ki, İran Xəzərsahili ölkələrə münaqişə yaratmaq üçün heç bir əsas verməyəcəkdir: “Xəzərin hüquqi statusu məsələsində bütün sahil ölkələri həmrəylik nümayiş etdirməlidirlər”.

Səidə