İranda bomba yüklü maşın partladılıb - Ölənlər var

iranda-bomba-yuklu-masin-partladilib
Oxunma sayı: 1489

İranda polis bölməsinin yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bomba yüklü maşın liman şəhəri Çabaharda partladılıb. Partlayışdan sonra ərazidən silah səsləri eşidilib. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Hücumun kimlər tərəfindən törədildiyi hələlik bilinmir.

Aysel Kərimova