İranda partlayışda ölənlərin sayı 41 oldu - Foto+Yenilənib

iranda-partlayisda-olenlerin-sayi-41-oldu
Oxunma sayı: 5402

İranın cənub-şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı terror törədilib.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, terrorçuların törətdiyi partlayış nəticəsində korpusun azı 20 hərbçisi həlak olub, 20-si yaralanıb. 

Hücum İİKK-nin avtobusuna edilib. 

Hazırda heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib. 

*** 

İranda partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Onların yarısı dinc sakinlərdir.