İslam əleyhinə kitab yazan siyasətçi müsəlman oldu

islam-eleyhine-kitab-yazan-siyasetci-muselman-oldu
Oxunma sayı: 2877

Hollandiyada ifrat sağçı, vaxtilə “Müstəqillik Partiyası”nın deputatı Joram Van Klaveren İslam dini əleyhinə kitab yazdığı müddətdə müsəlmanlığı qəbul edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı keçmiş siyasətçi ötən ilin oktyabrında “Kəlmeyi-şəhadət” söyləyərək müsəlman olduğunu bildirib. Van Klaveren kitabı yazmaq üçün apardığı araşdırmalar zamanı İslamla bağlı dünyagörüşü dəyişib.

Eks-deputat müsəlman olduqdan sonra bu dinə sitayiş etməyənlərin İslam əleyhinə olan düşüncələrini dəyişən kitab çap edib.