İsrail Qəzza zolağını bombaladı

israil-qezza-zolagini-bombaladi
Oxunma sayı: 884

İsrailin Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qəzza zolağını bombalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrailin cənubuna atılmış raketə cavab olaraq, “HƏMAS”ın Qəzza zolağının cənubunda yerləşən kompleksinə aviazərbə endirib”,- deyə ordunun yaydığı məlumatda deyilir.

Hücum nəticəsində ölən və ya xəsarət alanların olduğu barədə məlumat verilməyib.