İsveçdə müsəlmanlara daha bir töhfə

isvecde-muselmanlara-daha-bir-tohfe
Oxunma sayı: 658

İslamazeri.az-ın AA-a istinadən verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholmdakı "Fittja Ulu Məscidi"ndə cümə xütbəsi türkcə və ingiliscə oxunub.

Minarəsindən ilk dəfə azan oxunmasına icazə verilən 3 mərtəbəli Fittja Ulu Məscidi müsəlmanlarla dolub. Cümə xütbəsini İstanbul Sultanəhməd Məscidi imamı İsaq Qızılaslan oxuyub. Ailə, qonşularla əlaqə və uşaqlara dini biliklərin verilməsi barədə xütbəni xətib 2 dildə oxuyub.