İzzət telefonların qadağan olunmasını istəyir

izzet-telefonlarin-qadagan-olunmasini-isteyir
Oxunma sayı: 1877

Müğənni İzzət Bağırov telefonların qadağan olunmasının tərəfdarıdır.  “Qafqazinfo” xəbər verir ki, buna səbəb tamaşaçıların konsertdə müğənniyə lazımı diqqəti göstərməməsidir. 

Müğənni ATV kanalına açıqlamasında  telefonsuz hər şeyin daha gözəl olduğunu vurğulayıb: “İndiki və keçmiş insanlar arasında yerlə göy qədər fərq var. Əvvəllər konsertlər gözəl keçirdi. Çünki tamaşaçıların mobil telefonu yox idi. Ona görə də, izləyicinin bütün diqqəti müğənnidə olurdu. İstəyirəm ki, konsert zallarına xüsusi aparat qoyulsun, insanlar zala girərkən şəbəkəni itirsin”.