Jurnalistin işinə xitam verildi

jurnalistin-isine-xitam-verildi
Oxunma sayı: 648

Bu barədə “Qafqazinfo”ya məlumat verən Elmin Bədəlov hakim Qurban Abbasovun işə xitam verdiyini bildirib: “Mənim şikayətim ondan ibarətdir ki, universitetə bərpa olunum. Çünki iddiası nə olmağından asılı olmayaraq qovulan tələbələr bir il keçəndən sonra universitetə bərpa olunurlar. Hətta bu barədə Təhsil Nazirliyinin qanunu da var. Bundan əlavə Avropa Konvensiyasının qanununda nəzərdə tutulub ki, heç kimin təhsil hüququ əlindən alına bilməz. Artıq 3 ildir universitetdən uzaqlaşdırılmışam. Bugünkü işə də hakim xitam verdi. Biz də qərardan apelyasiya şikayəti verəcəyik. Bu barədə həmçinin Avropa İnsan Haqları məhkəməsinə də şikayət göndərəcəyik. Bu gün çıxarılan qərarı da sifarişli və qərəzli hesab edirik. Bu qanunsuzluqdur”.

Qeyd edək ki, Elmin Bədəlov təhsil aldığı Neft Akademiyası haqqında mətbuatda yazdığı tənqidi məqalələrə görə 2010-ci il yanvarın 19-da ali məktəbdən qovulub. Jurnalist yerli məhkəmələrə müraciət etsə də, indiyədək onun təhsil hüququ bərpa edilməyib.