Kanalizasiya quyusunda partlayış - 2 yaralı

kanalizasiya-quyusunda-partlayis
Oxunma sayı: 670

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb.

Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.