Kapital Bank “Şəffaf vergi partnyorluğu statusuna” layiq görülüb

kapital-bank-seffaf-vergi-partnyorlugu-statusuna-layiq-gorulub
Oxunma sayı: 667

Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti Kapital Bank-ı “Şəffaf vergi partnyorluğu statusuna” layiq görüb. Noyabr ayında nazirlik tərəfindən partnyor vergi ödəyicisi statusunun əldə olunması münasibətilə Kapital Bank-a bildiriş göndərilib.

"Qafqazinfo" xəbər verir ki, Kapital Bank Azərbaycan Respublikası Vergilər haqqında qanununa uyğun fəaliyyət göstərir və 2017-ci ilin üç rübü ərzində 28,6 mln. manat vergi ödəyib.

Ümumiyyətlə, 2017-ci ilin üçüncü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.