“Kişi əqidəli insan deyə bilməz ki, Mikayılın verilişi pisdir”- - Mikayıl

kisi-eqideli-insan-deye-bilmez-ki-mikayilin-verilisi-pisdir-
Oxunma sayı: 6698


“Qafqazinfo” son günlər adı medida tez-tez hallanan qalmaqallı aparıcının müsahibəsindən bəzi məqamları təqdim edir: 

 “Çox çalışırdım ki, Anamın arzuların  yerinə yetirim.  14 il  kirayədə,  qapılarda qalmışıq.  14 yaşıma kimi mən  elə bilirdim insanların evi olmur, onun-bunun qapısında qalmalıdır.  14 yaşımdan sonra mən işləməyə başladım, həm də  məktəbdə oxuya oxuya. “Razin”dəki bazarda şampun satmışam, müxtəlif zavodlardan alıb bazarda əldə satırdım. Tələbə yoldaşlarımdan soruşa bilərsiniz,  4-cü kursa kimi mənim əynimdə isti paltar əvəzinə bir dama-dama pençək olub. 4-cü kursu bu dama-dama pencəkdə  bitirdim. Kimsə deyə bilməz ki, Mikayılı  kurtkada gördük. Şəkil çəkdirəndə  uşaqların  kurtkasını alıb geyinirdim ki, yadigar qalır. İndi də şəkillərə baxanda deyirəm filan kurtka Anarın,  filan isə Şakirindir. Danmıram da.

 9-cu sinifdə oxuyanda  məktəbdən evə gəlib ağladım ki,  mənə  kurtka alın. Hansı ki, o vaxt həmin geyimdən hamı geyinirdi.  Mən də istəyirdim. O qədər ağladım ki, anam getdi üzüyünü satdı mənə kurtka aldı. Məndə SOY-da işləyəndə aldığım ilk maaşa, 50 dollara  getdim anama üzük aldım.  Çox  çalışırdım. Hətta bir dəfə Nəsimi metrosundan qaça-qaça çıxdım, tər-su  içində  o biri verlişə qaçırdım.  Hətta  o qədər taqətdən düşdüm ki, təzyiq düşdüyündən metronun içində yerə yıxıldım.  Bütün bunlara baxmayaraq  işləməliydim, çox işləməliydim. Bilirdim ki, ailəni mən dolandırmalıyam. Atam infarkt keçirmişdi, işləmirdi. Anamın xususi bacarığı yox idi ki,  nəsə etsin. Həm də vaxt çatmışdı, ailə də qurmalıydım. Şükür ki, bacardım".

Teleaparıcı verilişini sosial şəbəkələrdə “palatka  toyu” adlandırılmasına da münasibət bildirib: 

 "Desinlər,  qadasın alım onların.  Arxamca nə deyirlər qoy desinlər.  Üzümə deyən yoxdu. Üzümə deyəni  bilsinlər  ki, vuracam. Kişilərə aiddi bu. Kişi əqidəli insan deyə bilməz ki, Mikayılin verilişi pisdir. Çünki, mənim verilişimə  uşaqlar da, analar da, atalar da baxa bilərlər.  Mən verilişimdə göstərmirəm ki, ay kişilər nazlanın. Bilmirəm niyə bizim bəzi kişi aparıcılar  efirdə nazlanırlat. Kişi hara nazlanmaq hara?!  Dəbdi bu?"

 Güləddinoğlu daha sonra ailə həyatından da söhbət açıb: 

" Ailə həyatımı 2011-ci ildə 30 yaşımda qurmuşam.  Atamın  xalası nəvəsi ilə.Qonaq getmişdik orda gördüm. Yoldaşım məndən 13 yaş kiçikdi. Onu mən balaca olanda  “kalyaskada” gəzdirmişəm. Əgər qadına diqqət ayırdınsa, istədiklərini etdinsə o kişinin istədiyi kimi ola bilər. Əgər məndə bəzi şou əhli kimi barlarda gəzib gecənin bir yarısı evə getsəm, əlbəttə, xanımım məndən üz döndərər".