“Koka-Kola” və “Pepsi”dən alkoqol maddə çıxdı

koka-kola-ve-pepsiden-alkoqol-madde-cixdi
Oxunma sayı: 1071

“Qafqazinfo”nun məlumatına görə, Fransada aparılan araşdırmalardan sonra məlum olub ki, Koka-Kola və Pepsiyə aid olan bütün markalarda (Coca Cola Klasik, Coca Cola Light, Coca Cola Zero, Pepsi Klasik, Pepsi Max, Dia Kola) alkoqol maddələr var.

Şirkətin Farnsadakı direktoru Mixail Pepin açıqlamasında bəzi meyvələrin tərkibində alkoqol qalıqlarının ola biləcəyini, amma bütün Koka-Kola məhsullarında alkoqol maddələrin olduğunu inkar edib.

Lakin araşdırma nəticəsində məlum olub ki, Koka-Kolanın tərkibindən çıxan alkoqolun miqdarı hər litrdə 10 milliqramdır.

Qeyd edək ki, bu içkilər müsəlman ölkələrinə tərkibində alkoqolsuz içki kimi satılır.