Leyla Əliyeva uşaq evində - Fotolar

leyla-eliyeva-usaq-evinde-fotolar
Oxunma sayı: 652

“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, Leyla Əliyevaya məlumat verilbi ki, bina 1930-cu ildə tikilmiş və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlamışdır. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulub. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların yataq otaqlarına baxdı.
Körpələrin sağlamlığı ilə maraqlanan Leyla xanım Əliyevanın diqqətinə çatdırıldı ki, burada uşaqların yaşayışı üçün yaxşı şərait yaradılmışdır. Hazırda 42 azyaşlının böyüdüyü bu evdən ayrılan uşaqların əksəriyyəti övladlığa verilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva uşaqların bayram şənliyinə qatıldı və onlara hədiyyələr təqdim etdi.
Daha sonra Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində də olmuşdur. Uşaq evinin sakinləri Leyla xanım Əliyevanı hərarətlə qarşıladılar.

Uşaq evinin direktoru Məhbubə Hüseynova ulu öndər Heydər Əliyevin adını daşıyan, onun ideyalarını və xeyirxah əməllərini yaşadan Fondun uşaqlara göstərdiyi qayğıdan danışdı.
Leyla Əliyeva uşaqların vəziyyəti ilə maraqlandı. Qeyd olundu ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.
Uşaqları Yeni il münasibətilə təbrik edən Leyla xanım Əliyeva onlarla xatirə şəkli çəkdirdi.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak edib.

Uşaq evinin sakinləri Leyla xanım Əliyevanı böyük sevinclə qarşıladılar.
Vurğulandı ki, Heydər Əliyev Fondu digər uşaq və internat evləri kimi, bu müəssisəni də daim diqqətdə saxlayır. Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur. Buranın sakinləri dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun qayğısını da daim üzərlərində hiss edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Yeni il bayramı münasibətilə bu uşaq evinə gəlişi və balacalara bayram hədiyyələri verməsi Fondun gələcəyimiz olan uşaqlara göstərdiyi dəstəyin ardıcıl xarakter daşıdığını nümayiş etdirir.

Leyla xanım Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin sakinləri ilə xatirə şəkli çəkdirdi.