“Like” üçün uşağın həyatını təhlükəyə atdı - Foto

like-ucun-usagin-heyatini-tehlukeye-atdi
Oxunma sayı: 776

Əlcəzairdə bir atanıın Feysbukda “like” yığmaq üçün ağlasığmaz hərəkət edib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs uşağını binanın 15-ci mərtəbəsindən aşağı sallayıb və çəkdiyi fotonu “1000 “like” gəlməzsə atacam” qeydi ilə Feysbukda paylaşıb.

Bundan hiddətlənən Feysbuk istifadəçiləri onu polisə şikayət ediblər.

Bazar günü tutulan həmin şəxs hakim qarşısına çıxarılıb. Uşağın həyatını təhlükəyə atan ataya 2 il həbs cəzası verilib.