“Liverpul” və “Çelsi” qalib gəldi, “Arsenal” uduzdu - Video

liverpul-ve-celsi-qalib-geldi-arsenal-uduzdu
Oxunma sayı: 1964

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, lider “Liverpul” səfərdə “Brayton”la qarşılaşıb.

Matçın taleyini 1 qol həll edib. Məhəmməd Salahın vurduğu qol “Liverpul”a 3 xal qazandırıb.

“Brayton” - “Liverpul” - 0:1

Qol: M. Salah, 50-pen

Çempionluq mübarizəsi aparan “Çelsi” isə öz meydanında “Nyukasl”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən matçda “Çelsi” 2:1 hesablı qələbə qazanıb.

“Çelsi” - “Nyukasl” - 2:1

Qollar: Pedro, 9 (1:0), Klark, 40 (1:1), Villian, 57 (2:1)

Səfərdə “Vest-Hem”lə qarşılaşan “Arsenal” isə 0:1 hesabı ilə məğlub olub.

“Vest Hem” - “Arsenal” - 1:0

Qol: D. Rays, 48