Macarıstan-Azərbaycan biznes forumu keçiriləcək

macaristan-azerbaycan-biznes-forumu-kecirilecek
Oxunma sayı: 641

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SalamNews-a verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Budapeştə gedəcək. Səfər zamanı Macarıstan-Azərbaycan biznes forumu və hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.