Mafiya lideri plastik əməliyyat zamanı öldürüldü

mafiya-lideri-plastik-emeliyyat-zamani-olduruldu
Oxunma sayı: 2769

Meksikada neft oğurluğu və tranziti ilə məşğul olan dəstənin lideri Xesus Martin plastik əməliyyata getdiyi xəstəxanada öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, düşmənləri tərəfindən tanınmamaq üçün görünüşünü dəyişmək istəyən X.Martin narkozun təsiri altında olarkən güllələnib və daha sonra da ayılmayıb. Dəstə liderinin ölümü ilə bağlı 2 versiya nəzərdən keçirilir: Ya kimsə  Martinin öz dəstəsindən olub, ya da xəstəxana personalından kimsə onun əməliyyat olması barədə məlumatı düşmənlərinə çatdırıb. 

İstintaq liderin öz dəstə üzvləri tərəfindən öldürüldüyü ehtimalı üzərində daha çox dayansa da, xəstəxanadakı həkimlərin bu işdə əli olub-olmadığını da araşdırır.

Aysel Kərimova