Masallıda məktəblilər arasında dava - Qan töküldü

masallida-mektebliler-arasinda-dava
Oxunma sayı: 742

Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib. 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan  və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
 
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Hadisəyə məktəblilər arasında yaranan mübahisənin səbəb olduğu deyilir.