“Məğlubiyyət bizə stimul verdi”

meglubiyyet-bize-stimul-verdi
Oxunma sayı: 677

Futbolçunun sözlərinə görə “Qarabağ”ın uzun müddətdir məğlub olmaması, onların bu oyuna bir az rahat çıxmalarına səbəb olub: “Artıq neçə turdur ki, məğlub olmuruq qələbə və heç-heçələrimiz çox olur. Bəlkə də buna görə bir qədər özümüzə inam artıq oldu. “Arxayınlıq bizə məğlubiyyəti gətirdi. Ancaq “Simurq”da zəif komanda deyil bizimlə sona qədər mübarizə apardılar. Ola bilsin ki, oyuna hakimolma çatışmazlığı da yaşadıq. Ancaq bununla belə bu məğlubiyyət bizə, növbəti oyunlar üçün əlavə stimul verdi. Artıq özümüzü toparlayıb bütün gücümüzü ortaya qoyacağıq”

Bundan başqa “Neftçi” ilə aralarındakı xal fərqindən də danışan Vüqar bildirib ki: ““Neftçi” ilə aramızda o qədər də böyük bir xal fərqi yoxdur, onlarla 2 oyun keçirəcəyik və hər ikisində də qalib gələcəyimizə inanıram. İndidən kimin çempion olacağını demək də çətindir”

İqbal