Məhəmmədrəsul Məcidov Avropa çempionu oldu

mehemmedresul-mecidov-avropa-cempionu-oldu
Oxunma sayı: 870


"Qafqazinfo" xəbər verir ki, milli komandamızın 2 üzvü həlledici görüşdə iştirak etmək hüququ qazanıb.

Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov (91 kq) yarımfinalda ukraynalı Denis Poyatsıka ilə qarşılaşmışdır. Hər 3 hakim boksçumuzun qələbəsini qeydə alıb.

T.Məmmədov finalda rusiyalı Aleksey Yeqorov ilə üz-üzə gəlib. İdmançımız zədəli olduğundan görüş sonadək davam etməmiş və boksçumuz gümüş medalla kifayətlənib.

Dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə döyüşmədən finala vəsiqə qazanmışdır. Boksçumuz yarımfinalda təcrübəli Belarusl idmançısı Viktor Zuyev ilə döyüşməli idi. Lakin V.Zuyev rinqə çıxmaqdan imtina etmişdir. Milli komandamızın üzvü finalda rusiyalı Avropa çempionu Sergey Kuzminə qalib gələrək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Elvin Məmişzadə (52 kq) hakimlərin qeyri-obyektivliyi səbəbindən yalnız bürünc medalla kifayətlənməli olmuşdur. Uels nümayəndəsi Endryu Şelbi ilə döyüşdə ilk iki raundda üstünlük Azərbaycan idmançısının tərəfində olsa da, hakimlər qələbəni rəqibə verib.

Salman Əlizadə (49 kq) isə yarımfinalda irlandiyalı Patrik Barnsa məğlub olmuşdur. Beləliklə, E.Məmişzadə və S.Əlizadə Avropa çempionatının bürünc medalını qazanıb.