Məhərrəm ayında körpələrə qoyulan adlar - Məhərrəməli, Məhərrəmnur, Məhərəmməhdi...

Məhərrəm ayında körpələrə qoyulan adlar
Oxunma sayı: 893

Azərbaycanda övladlarına İslam aləmində müqəddəs hesab edilən Məhərrəm ayı ilə ad verənlər var.
 
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, ölkədə son beş ildə 7 körpəyə (bu il 1 körpəyə) Aşura adı qoyulub. 

Belə ki, son beş ildə 382-i körpəyə Məhərrəm (bu il 31), 11-nə Məhərrəməli (bu il 1), 1-nə Məhərrəmnur, 1-nə Məhərəmməhdi, 1-nə Məhərrəm Xəzər adı verilib.
 
İmam Hüseynin adı uşaqlara daha çox verilir. 

Son beş ildə ölkədə 12356 körpəyə Hüseyn (bu il 1314) adı verilib. Həmin müddətdə 138 körpəyə Hüseynəli, 98-nə Hüseynağa adı qoyulub. Uşaqlara verilən adlar arasında Hüseynbala, Hüseynqulu, Hüseynxan, Hüseynalı, Hüseyncan, Hüseynbala, Hüseynabbas, Hüseyncihad adları yer alıb. 

İmam Hüseynin oğlu Əli Əkbərin adı son beş ildə 4, qardaşı Həsənin oğlu Qasımın adı 142 körpəyə verilib. Körpələrə verilən adlar arasında Qasim, Qasımcan, Qasımbala, Qasım Rəfael adları var.
 
İmam Hüseynin Kərbəla döyüşündə ölən 6 aylıq oğlu Əli Əsgərin adı son beş ildə bir körpəyə verilib. Bundan başqa, son beş ildə 72 körpəyə İmaməli, 20-nə İmamverdi, 19-na İmam, 19-na İmaməddin, 6-na İmamrza adı verilib. Bu qəbildən verilən adlar arasında İmamqulu, İmamhüseyn, İmamət, İmamə, İmamanəzər, İmamazadə adları da mövcuddur.
 
Hicri-qəməri ayının ikinci ayı Səfər də uşaqlara verilən adların siyahısında yer alır. Belə ki, son beş ildə 188 körpəyə Səfər, 21-nə Səfərəli adları verilib. Verilən adlar arasında Səfəralı, Səfərxan, Səfərov, Səfərmurad, Səfərağa adları da var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi