Meksikada bara hücum olub - 6 ölü, 24 yaralı

meksikada-bara-hucum-olub
Oxunma sayı: 773

Meksikada silahlı insident baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “SDP Noticias” nəşri məlumat yayıb.

Məlumata əsasən, hadisə Quanaxuato ştatının Purisima-del-Rinkon bələdiyyəsində qeydə alınıb. Sayı dəqiq bilinməyən silahlılar bara daxil olaraq insanları atəşə tutublar.

“Universal” qəzetinin məlumatına görə, 6 nəfər həlak olub. Daha 24 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirlib.

Faktla bağlı cinayət işi açılıb.