Mer gənclərə rədd cavabı verdi

mer-genclere-redd-cavabi-verdi
Oxunma sayı: 644

Gənclər noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin və ya Bakı Apellyasiya Məhkəməsinin qarşısında piket keçirmək üçün meriyaya müraciət etmiş, piketdə 2 aprel aksiyasına görə tutulanların azadlığa buraxılmasını və sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etmək fikrində olduqlarını açıqlamışdılar.

Ancaq meriya sözügedən yerlərin heç birində piketin keçirilməsini məqsədəuyğun saymayıb.

İctimai Palatanın üzvü, müsavatçı Mustafa Hacıbəyli “Media forum” saytına bildirib ki, meriya rədd cavabı versə də, piket qərarı qüvvəsində qalır və nəzərdə tutulan aksiya reallaşdırılacaq.