Merkel hökuməti dağılmaq təhlükəsi yaşayır

merkel-hokumeti-dagilmaq-tehlukesi-yasayir
Oxunma sayı: 1647

Almaniyada mühacir problemi hökumət krizinə çevrilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mühacirlərin ölkəyə buraxılmamasının tərəfdarı olan Daxili işlər naziri Seehofer ilə baş nazir Angela Merkel arasında vəziyyət xeyli gərginləşib. Hətta bu səbəbdən dördüncü Merkel hökuməti dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Hökumətin kiçik ortağı olan dost partiya Xristian Sosial Birliyi də baş naziri mühacirlərə açıq qapı siyasətindən imtina etməyə çağırır. Ancaq Merkel hələ ki, geri addım atmamaqda qərarlıdır. O, Almaniyanın bu qərarının Avropada parçalanmağa səbəb olacağını bildirib.

Son olaraq Seehofer baş nazirin razılaşmadığı təqdirdə səlahiyyətlərindən istifadə edərək təkbaşına qərar qəbul edəcəyini bildirib.