Merkelə nə olub? - Video

merkele-ne-olub
Oxunma sayı: 5449

Almaniya Kansleri Angela Merkel rəsmi tədbirlərin birində yenə özünü pis hiss edib. 

“Qafqazinfo”nun “Cnews “a istinadən verdiyi xəbərə görə, o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə ortaq mətbuat konfransında güclü titrəməyə başlayıb.Çətin vəziyyətə düşən Merkel özünü sakitləşdirməyə çalışıb. 

Xatırladaq ki, A. Merkel iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə də görüşündə analoji hadisəni yaşamışdı. Bəzi həkimlər onun günvurma, digərləri isə şəkər xəstəliyi səbəbindən bu hala düşdüyünü bildirmişdilər.