Məşhur aktrisa maaşını ala bilmir

meshur-aktrisa-maasini-ala-bilmir
Oxunma sayı: 1733

Türkiyənin məşhur aktrisası Melisa Sözen məhkəməyə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Melisanın Star TV-də yayımlanan “Babamın Günahları” serialındakı rolu qarşılığında maaş ala bilməməsidir. 

“Evrensel Filmçilik AS” şirkətindən şikayətçi olan aktrisa qarşı tərəfdən 49 min TL tələb edib.  

“Pulu ödəmə əmri 2018-ci ilin sentyabr ayından verilib.  Ancaq şikayət etdiyimiz şirkət borcu ödəmir. Biz də həmin şəxslərin mülklərinin müsadirə olunmasını istəyirik” – deyə M. Sözenin vəkili açıqlama verib.