Məşhur biznesmen ölümdən döndü - Helikopterlə xəstəxanaya çatdırıldı

meshur-biznesmen-olumden-dondu
Oxunma sayı: 820

Türkiyənin məşhur iş adamı Ali Ağaoğlu ölümdən dönüb. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş adamı Bodrumda tətil edərkən jet sürən zaman idarəetməni itirib. İki qabırğası sınan Ağaoğlu helikopterlə İstanbula gətirilib.

İş adamı aldığı xəsarətdən səbəbindən bir həftə istirahət edəcək.

Qeyd edək ki, Ali Ağaoğlu 2010-cu ildə də qar motosikleti sürən zaman qəzaya düşərək qabırqasını zədələmişdi.