Məşhur cütlüyün başına iş gəldi - Fotolar

meshur-cutluyun-basina-is-geldi
Oxunma sayı: 2434

Show TV-də yayımlanan “Kalp atışı” serialının “İpek”i Merve Çağıranla aktyor sevgilisi Ali Burak Ceylanın başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, İstanbulda dostları ilə əylənən Merve evə getmək istəyib və onun arxasıyla sevgilisi gəlib.  

Onlar bir neçə həftə bundan əvvəl ayrıldıqları barədə yayılan xəbərlərə cavab kimi kameralara barışıq pozaları veriblər. Lakin cütlük avtomobildə mübahisə etməyə başlayıb. 

A. Burak sükan arxasında hakimiyyətini itirərək qəza edib və yol kənarında dayanan iki maşını əzib. Cütlük təşvişə düşərək hadisə yerindən uzaqlaşmaq istəyib, maşınlarını dayanacaqda saxlayaraq gözdən itiblər.