Meteorun düşməsi sakinləri qorxuya salıb - Video

meteorun-dusmesi-sakinleri-qorxuya-salib
Oxunma sayı: 3340

Yaponiyada düşən meteor parlaq işığı ilə sakinləri qorxuya salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Japan Times” yazıb.

Məlumata əsasən, hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. Meteorun düşməsi kameralara tuş gəlib.

Saytamo prefekturasının polisi meteorun düşməsindən sonra bir neçə zəng daxil olduğunu bildirib.

Ekspertlər hesab edir ki, bu meteor oktyabr və notabrda müşahidə olunan Tavridı meteor axınının bir hissəsi ola bilər.