Mitinqlərdə iştiraka görə cərimələr artırılır

mitinqlerde-istiraka-gore-cerimeler-artirilir-
Oxunma sayı: 640

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Fedotov bəyan edib ki, əgəq qanun layihəsi parlamentin hər iki palatasından keçərsə, bu təkliflə dövlət başçısına müraciət edəcək. Hələ ki, qanun layihəsi Dövlət Dumasında birinci oxunuşda qəbul olunub.

Dövlət Dumasının birinci oxunuşundan keçən qanun layihəsinə görə, mitinqlərin təşkilatçıları və iştirakçılarına tətbiq ediləcək cərimələrin miqdarı 1 milyon rubla qədər artırılıb. Bundan əlavə, aksiya iştirakçıları məhkəmə hökmü ilə 200 saat məcburi əməyə cəlb edilə bilərlər.

Hal-hazırda cərimələrn maksimum həddi 2 min rubldur.

Qeyd edək ki, qanun layihəsini birinci oxunuşda yalnız “Yedinaya Rosiya” fraksiyası müdafiə edib. Üç müxalifət partiyası qanun laihəsinin əlehinə səs verib. “Ədalətli Rusiya” fraksiyasının deputatları qanunvericilik aktının müzakirəsindən ümumiyyətlə imtina ediblər.