Moldova prezidenti səlahiyyətlərini artırır

moldova-prezidenti-selahiyyetlerini-artirir
Oxunma sayı: 640

Moldova prezidenti İqor Dodon Kişinyevdə keçirdiyi mətbuat konfransında səlahiyyətlərinin artırılmasına dair referendurumun keçirilməyilə bağlı fərman imzalayıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, referendum bu il sentyabrın 24-də keçiriləcək.

Onun sözlərinə görə, bundan əlavə 4 məsələ - bank sistemindən oğurlanan milyard avronun qaytarılması hüququ haqqında qanunu ləğv etmək, parlamentə vaxtından əvvəl seçkiləri keçirmək, deputatların sayını 101-dən 70-ə azaltmaq və təhsil ocaqlarında “Rumınların tarixi” əvəzinə “Moldovanın tarixi”ni tədris etmək ümumxalq səsverməsinə qoyulacaq.