Moskva hava limanlarında 11 reys ləğv olunub, 102-si gecikir

moskva-hava-limanlarinda-11-reys-legv-olunub-102-si-gecikir
Oxunma sayı: 1714

Rusiyanın paytaxtı Moskva şəhərinin 3 hava limanında 11 reys ləğv olunub, 102-si isə gecikir.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki,  "Şeremetyevo" hava limanında 54 reys gecikir, "Domodedovo"da 23 reys gecikir, 10-u ləğv olunub, "Vnukovo" hava limanında isə 25 reys gecikir, biri isə ləğv olunub.

Qeyd edək ki, aviareyslərin gecikməsinə və ləğv olunmasına səbəb hava şəraiti olub.