“Moskva Krıma görə pul ödəsin” deyən həmkarına - Poroşenkodan cavab

“Moskva Krıma görə pul ödəsin” deyən həmkarına
Oxunma sayı: 1280

Çexiya prezidenti Miloş Zemanın Avropa İttifaqı Parlament Assambleyasında Krım barədə səsləndirdiyi fikirlər Petro Poroşenkonu hiddətləndirib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Ukrayna lideri çex həmkarı Zemanın Moskvanın Kiyevə ödəniş etmə təklifi barədə çıxışına dərhal cavab verib. O bildirib ki, AŞPA tribunası torpaqların pul, neft və qaz müqabilində ticarəti üçün çağırışlara ayrılmayıb: "Mən Krım haqda "bitmiş məsələ" kimi danışanların fikirlərini qətiyyətlə rədd edirəm"

Xatırladaq ki, çex lider ötən gün Strasburqda Avropa İttifaqı Parlament Assambleyasında deputatlara müraciətində Moskvanın mübahisəni Kiyevə ödəniş etməklə nizamlaya biləcəyini, Ukraynaya maddi, yaxud neft-qaz formasında kompensasiya ödəyə biləcəyini demişdi. 

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi